Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları Salyan rayonu, X.R.Ulutürk, ev 8, mənzil 14 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Arif Mirzəağa oğluna məxsus unlu-qənandı məmulatların istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə xammalların saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, xammal kimi istifadə olunan un, yumurta, ədviyyatlar və digər məhsulların birbaşa istehsal sahəsində temperatur rejiminə riayət edilmədən saxlanıldığı müəyyən edilib. Un kisələrinin istehsal sahəsində birbaşa döşəmənin üzərində divara bitişik saxlanıldığı, məhsulların hazırlanmasında istifadə olunan əsas xammallardan unun ələkdən keçirilmədiyi aşkarlanıb.
Aşkarlanan nöqsanlarla bağlı müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Faktla bağlı araşdırma davam etdirilir.
[gallery ids="35393,35394,35395,35396"]
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir