Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 4 aprel 2021-ci il tarixində ölkə üzrə 388 ictimai iaşə obyektində 647 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev.149 ünvanında yerləşən, fiziki şəxs Quliyev Sadıx Ceyhun oğluna məxsus restoran; 2. Bakı şəhəri, Xətai ‎rayonu, Orucov küç., ev.1188, məh.17C ünvanında yerləşən,  fiziki şəxs Qurbanov İbrahim İlham oğluna  məxsus pub; 3. Bakı şəhəri, Xətai ‎rayonu, Yeryomenko küç., ev.29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus çay evi; 4. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev 26 ünvanında yerləşən, fiziki şəxs Sultanov Emil Nizami oğluna məxsus kafe; 5. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən, fiziki şəxs Hacı-Məhərrəmov Toğrul Abdul-Mabud oğluna məxsus "Çay Saray" çay evi; 6. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən, fiziki şəxs Bayramov Emin Varimcan oğluna məxsus "Nice Mood" restoranı; 7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç. 35 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus “Şuşa” restoranı; 8. Bakı şəhəri, Səbail ‎rayonu, Rəfibəyli küç., ev 20 ünvanında yerləşən, fiziki şəxs Ağayev Aslan Adil oğluna məxsus kafe; 9. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Taner Bala məxsus “The Green Restaurant And Lounge” restoranı; 10. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən‎, fiziki şəxs Məhərrəmov Akif Arif oğluna məxsus kafe; 11. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən‎, fiziki şəxs Verdiyev Ramin Zahid oğluna məxsus kafe; 12. Şirvan şəhəri, Nərimanov küçəsində yerləşən‎, fiziki şəxs Baxşıyev Murad Rafiq oğluna məxsus dönər evi; 13. İsmayıllı rayonu, N. Nərimanov küçəsində yerləşən‎, fiziki şəxs Məlikov Əmrah Sərvər oğluna məxsus çay evi; 14. Göygöl rayonu, Çıraqlı kəndində yerləşən‎, fiziki şəxs Fərəcov Xaliq Sabir oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.