Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Qızıl Qaya 2017" MMC-yə məxsus "Tural" şirniyyat evində yoxlama keçirilib. Yoxlama zamanı qida məhsullarının istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı sahəsində normativ texniki sənədlərin tələblərinə əməl olunmadığı aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
[gallery ids="34545,34546,34547"]