Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb. Foodinfo.az xəbər verir ki, Mərkəzin Mətbuat xidmətindən verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.