Bakıdakı məşhur "Xəmsə" şadlıq sarayına cərimə protokolu yazılıb.

Foodinfo.az xəbər verir ki, AQTA əməkdaşları Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403/04 ünvanında yerləşən obyektdə nöqsanlar aşkarlayıb.

Belə ki, şadlıq sarayında qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyənləşdirilib.

Nəticədə obyektlə bağlı cərimə protokolu tərtib edilib.