Müasir dünyada yağış suyunu toplamaq və içmək təhlükəlidir, çünki içinə havadakı tullantılar daxil olur.

Foodinfo.az xəbər verir ki, bu barədə kimyaçı İrina Yryomina xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, onun tərkibində digər su növlərində olan komponentlər var, lakin çox az miqdarda.

Təbii sulardan yağış suyu adətən ən təmiz sudur, lakin bu, onun içilməli olduğu demək deyil. Əvvəllər yağış suyu yumşaq idi, daxilində duzlar az idi və həqiqətən içmək üçün yığılırdı.

Ancaq indi bu su o qədər də təhlükəsiz deyil. Çünki müəssisələrdən və nəqliyyat vasitələrindən atılan nitratlar ona keçə bilər. Həmçinin, mayenin tərkibində çoxlu toz, his, bakteriya ola bilər.

Nəhayət, yağış suyunun tərkibində zəhərli metallar ola bilər. Az miqdarda olmasına baxmayaraq, onlar orqanizmə böyük zərər verə bilər.

Nurlan