Ağ turp həm qidalandırıcı, həm də şəfalı xüsusiyyətləri ilə seçilən tərəvəzlərdəndir.

Foodinfo.az ağ turpun faydalarını təqdim edir:

1. Həzm sistemini yaxşılaşdırır

Ağ turpun tərkibində olan fermentlər qidanın parçalanmasını sürətləndirir, şişkinlik və qəbizliyi azaldır.

2. Qaraciğəri təmizləməyə kömək edir

Təbii antioksidantlar toksinlərin orqanizmdən atılmasına dəstək olur və qaraciyərin yükünü azaldır.

3. İmmuniteti gücləndirir

C və B qruplu vitaminlər, eləcə də sink və kalium müdafiə mexanizmini gücləndirir, orqanizmi infeksiyalara qarşı daha dayanıqlı edir.

4. Öskürək və bəlğəmi azaldır

Xüsusilə çiy və ya şirə formasında qəbul edildikdə tənəffüs yollarını təmizləyir, bəlğəmin xaric olunmasına kömək edir.

5. Arıqlamağa kömək edir

Aşağı kalorili və lifli olduğuna görə uzunmüddətli toxluq hissi yaradır, artıq çəki ilə mübarizədə faydalıdır.

6. Qan dövranını yaxşılaşdırır

Tərkibindəki kalium damarları rahatladır, təzyiqin balanslaşdırılmasına kömək edir.

7. Böyrəklərin fəaliyyətini dəstəkləyir

Təbii sidikqovucu təsiri sayəsində bədəndə şişkinliyi və artıq mayeni azaldır.