Fast food restoranlarının menyusundan bəzilərini kosmosda bişirmək mümkündür. Foodinfo.az xəbər verir ki, bunu Yunanıstanın Aristotel Universitetinin alimlərinin araşdırmaları sübut edir. Nəticələr “Food Research International” jurnalı  tərəfindən dərc olunub.

Mütəxəssislər belə qənaətə gəlib ki, kosmosda ən yaxşı bişirilə bilən fast food məhz kartof fridir.

Tədqiqatçılar hava qabarcıqlarının kartofa yapışacağına əmin olsalar da onları tərəvəzin səthindən ayırmağın mümkün olduğunu müşahidə ediblər. Nəticədə kosmosda kartofun qızardılmasının mümkün ola biləcəyi qənaətinə gəlinib.

Nərmin