
Şüyüd çayı həm dadlı, həm də sağlamlıq üçün çox faydalı olan bir bitki çayıdır. Foodinfo.az xəbər verir ki, bu çayın həzm sistemindən tutmuş sinir sisteminə qədər bir çox müsbət təsiri var.
Şüyüd çayının faydaları:
1. Həzm sistemini tənzimləyir – Mədə narahatlığını azaldır, köp və qaz problemlərinin qarşısını alır.
2. Yuxunu yaxşılaşdırır – Tərkibindəki sakitləşdirici maddələr sayəsində yuxusuzluq və stressi azaldır.
3. İmmuniteti gücləndirir – Antioksidantlarla zəngindir və bədəni xəstəliklərə qarşı qoruyur.
4. Ana südünü artırır – Emizdirən analar üçün faydalıdır, çünki süd ifrazını stimullaşdırır.
5. Nəfəsi təravətləndirir – Şüyüdün antibakterial xüsusiyyətləri ağız qoxusunu aradan qaldırır.
1 çay qaşığı qurudulmuş şüyüdü bir stəkan qaynar suya əlavə edib 5-10 dəqiqə dəmləyərək içə bilərsiniz. İstəyə görə bal və ya limon əlavə edə bilərsiniz.
Gündə 1-2 fincan içmək həzm və rahatlıq üçün ideal seçimdir.