Azərbaycan 2022-ci ildə 1,780 min ton çay ixrac edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın çay ixracı 59,5 % çoxdur.

12 ayda Azərbaycanın ixrac etdiyi çayın dəyəri 11,517 milyon dollar olub. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanın çay ixracı ümumi ixracın 0,03 %-ni, qeyri-neft sektoru ixracının isə 0,38 %-ni təşkil edib.