Azərbaycan bu ilin əvvəlindən Rusiyanın Kursk bölgəsindən ət məhsulları idxal edib.

Foodinfo.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına əsasən xəbər verir.

Belə ki, bu il Kursk bölgəsindən Honq-Konq, Vyetnam, Serbiya, Polşa, Çin, Monqolustan, Azərbaycan və Tacikistana 5 min tondan çox ət məhsulları göndərilib.

Bundan başqa, bölgədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB ölkələrinə 316 ton süd məhsulları ixrac edilib.

Bu il “Rosselxoznadzor”un nəzarəti altında Oryol və Kursk bölgələrindən ümumilikdə 58 min tondan çox məhsul ixrac edilib. Bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Məhsullar 1 138 partiyada (Oryol-182, Kursk - 956) göndərilib.

Şəbnəm