
İnsanlar bananın qabığını yemədiyi üçün çoxları bu meyvənin yuyulmağa ehtiyac olmadığını düşünürlər. Lakin bananı yeməzdən əvvəl yumaq gigiyenik baxımdan vacibdir.
Foodinfo.az bananın yuyulmasının səbəblərini təqdim edir.
Birinci səbəb pestisid və kimyəvi maddələrdir. Belə ki, bananlar yetişdirildikdə müxtəlif pestisidlər və kimyəvi maddələrlə işlənə bilər. Qabığını soyarkən bu maddələr əllərinizə keçə və sonra meyvənin yeyilən hissəsinə bulaşa bilər.
İkinci səbəb mikroblar və bakteriyalardır. Məsələ burasındadır ki, bananlar müxtəlif yerlərdə saxlanılır, daşınır və satılır. Bu müddətdə onların üzərinə bakteriyalar və viruslar düşə bilər. Əgər əllərinizlə qabığını soyursunuzsa, həmin mikroblar meyvənin içinə keçə bilər.
Üçüncü səbəb sərərvericilər və çirklənmədir. Axı saxlama və daşınma zamanı bananın üzərinə torpaq, toz və həşərat izləri düşə bilər. Bu da gigiyena baxımından risk yaradır.
Ona görə də, bananı yeməzdən əvvəl axar suyun altında yuyub, sonra qurulamaq yaxşı bir gigiyenik vərdişdir. Bu, sağlamlığınızı qorumağa kömək edəcək