
Dietoloq Larisa Nikitina bildirib ki, ketçup və mayonez qarışığı ən zərərlidir. “Life.ru” ilə söhbətində ekspert qeyd edib ki, mağazalardan alınan mayonez və xama konservantlardan, keyfiyyətsiz ucuz yağdan və bir sıra digər kimyəvi əlavələrdən ibarətdir.
Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, evdə hazırlanan mayonez yüksək kalorili olur və onun əlavə edilməsi yeməyi orqanizm üçün daha az sağlam edir.