Bioloq İrina Lyalina üzümün tərkibində vitaminlər, antioksidantlar, yaddaşı yaxşılaşdıran və iltihabı azaldan maddələr olduğunu bildirib.

Foodinfo.az xəbər verir ki,  ekspert "İzvestiya" qəzetinə müsahibəsində bildirirb ki, üzüm yemək xolesterol səviyyəsini və infarkt riskini azaltmağa kömək edir, qan dövranını yaxşılaşdırır və bağırsaqlar üçün faydalıdır.

O, həmçinin üzümün hüceyrələrini yaşlanmadan və iltihabdan qoruyan antioksidanlar, flavonoidlər və polifenollar ehtiva etdiyini söyləyir.

“C, A, E və B qrupu vitaminləri sayəsində [üzüm] orqanizmin müdafiəsini gücləndirir. O, yaddaş və idrak funksiyalarını yaxşılaşdırır və Alzheimer xəstəliyi riskini azaldır”, - Lyalina qeyd edib.