Çox vaxt arıqlalamağa cəhd etdikdə istənilən nəticəni əldə etmək alınmır. Bəzən buna səbəb insanların səhvən diyetik bildikləri qidalardır. Məsələn, qarpız onlardan biridir.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

"Arıqlama zamanı insanlar tez-tez kalori hesablayırlar. Ancaq yalnız kalori hesablamaq düzgün deyil, qidaların qlisemik indeksinə diqqət yetirmək vacibdir. Qarpız, üzüm və ya albalı kimi qidaların kalorisi kifayət qədər azdır, lakin onların tərkibində şəkər çoxdur. Kalori 100 qrama hesablanır, amma qarpızı bu qədər az miqdarda kim yeyir ki? Bundan əlavə, insanlar hər gün qarpız yeyə bilərlər", - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, kök və çuğundurun da kalorisi azdır, lakin bişdikdən sonra onların qlisemik indeksi artır, ona görə də vineqret tərkibində bu cür tərəvəzlər yağ əmələ gəlməsinə səbəb ola bilər. Bundan əlavə, bitki yağları da diyetik deyil.

Diyetoloqun fikrincə, qara çörək ağdan daha az kalorili olsa da, bədənə ağırlıq verir. Buna görə də, üzərinə yağ əlavə edilmiş vineqreti qara çörəklə yesəniz, yeni kilolara hazırlıqlı olun. 

Təzə sıxılmış şirə də göründüyü qədər "məsum" deyil. O, əslində şəkər konsentratıdır və tərkibində lif olsa yaxşıdır. Əslində, bu, vitamin izləri olan həmin şərbətdir. Amma belə şirələr heç cür yağın əmələ gəlməsinə təsir etməyəcək.

Leyla