
Azərbaycan mətbəxində özünəməxsus dadı və ətri ilə seçilən tərxun təkcə yeməklərə ləzzət vermir, həm də bir çox sağlamlıq faydası ilə tanınır. Qədim zamanlardan bəri xalq təbabətində istifadə olunan bu ətirli bitki, bu gün də tədqiqatçıların diqqət mərkəzindədir.
Foodinfo.az tərxunun əsas faydalarını təqdim edir:
1. Həzm sistemini gücləndirir - Mədə turşuluğunu tənzimləyir. Həzm prosesini sürətləndirir və iştahanı artırır.
2. Yuxusuzluğa qarşı faydalıdır - Təbii sakitləşdirici təsirə malikdir. Gecə çayı kimi istifadə edildikdə rahat yuxuya kömək edir.
3. İltihabəleyhinə və antioksidant təsirlidir - Orqanizmdə yığılan toksinləri atmağa yardım edir. Xroniki yorğunluq və streslə mübarizədə dəstəkləyicidir.
4. Diş və ağız sağlamlığına müsbət təsir göstərir -Tərxun suyu ilə qarqara etmək ağız qoxusunu azaldır. Təbii antiseptik xüsusiyyətə malikdir.
5. Qan dövranını yaxşılaşdırır - Qan damarlarını genişləndirərək təzyiqi tənzimləyir
Bəs tərxundan necə istifadə etməli?
- Təzə və ya qurudulmuş halda yeməklərə əlavə edilə bilər.
- Çay kimi dəmlənərək içmək mümkündür.
- Sirkə və ya zeytun yağında marinad formasında saxlanıla bilər.
- Tərxun şərbəti də yay aylarında məşhur seçimlərdəndir.
Həddindən artıq istifadə mədə turşuluğuna və bəzi hallarda allergiyaya səbəb ola bilər.