Balıq sevənlərin tez-tez verdiyi suallardan biri də budur: daha faydalı balıq hansıdır – dəniz balığı, yoxsa çay balığı? Hər iki növün orqanizm üçün faydası olsa da, mütəxəssislər bu mövzuda dəniz balığını daha üstün hesab edir.

Foodinfo.az xəbər verir ki, əsas səbəb dəniz balıqlarının omega-3 yağ turşuları ilə daha zəngin olmasıdır. Bu yağ turşuları ürək-damar sağlamlığına, beyin funksiyalarına və iltihab əleyhinə təsirlərinə görə olduqca önəmlidir. Losos, skumbriya, sardina və ton balığı bu baxımdan lider sayılır.

Çay balıqları isə zülal baxımından zəngin olsa da, faydalı yağ miqdarı nisbətən aşağıdır. Həmçinin çay və göllərdəki bəzi balıqlar çirkli suda yaşadıqları halda ağır metallar və toksinlər toplaya bilərlər. Bu isə sağlamlıq üçün riskli ola bilər.

Bununla belə, təmiz su hövzələrindən əldə olunan çay balıqları da yaxşı seçimdir. 

Mütəxəssislər həftədə ən az 2 dəfə balıq yeməyi, xüsusilə də dəniz balıqlarını rasiona daxil etməyi tövsiyə edir.