Nar beyin sağlamlığı üçün çox faydalıdır. Onun tərkibindəki antioksidantlar və polifenollar beyini oksidləşdirici stresdən qoruyur. Bu maddələr hüceyrələrin zədələnməsini azaldaraq yaşlanma prosesini ləngidə və nevroloji xəstəliklərin riskini azalda bilər. 

Foodinfo.az xəbər verir ki, nardakı polifenollar beyin hüceyrələri arasında əlaqəni yaxşılaşdıraraq yaddaş və öyrənmə qabiliyyətini gücləndirir. 

Araşdırmalar göstərir ki, nar suyu Alzheimer xəstəliyinin yaranma ehtimalını azalda, beynin ümumi fəaliyyətini dəstəkləyə bilir. 

Bundan əlavə, narın iltihab əleyhinə təsiri qan dövranını yaxşılaşdırır və beyinə daha çox oksigenin daşınmasına kömək edir, bu da konsentrasiyanı və zehni aydınlığı artırır.