Yüksək xolesterol səviyyələri infarkt kimi ciddi nəticələrə səbəb ola bilər. Foodinfo.az Pensnews.ru-ya istinadən xəbər verir ki, ancaq onu idarə etməyə və damar sağlamlığını qorumağa kömək edən məhsullar var.
Böyük Britaniyanın ən böyük sağlamlıq xeyriyyə təşkilatı olan Nuffield Health-in tibb professoru Ben Kelli çuğunduru qanda xolesterini azaltmaq üçün ən yaxşı tərəvəz adlandırıb.
Çuğundurun tərkibində qan damarlarına faydalı təsir göstərən, onları genişləndirən və lövhələrin əmələ gəlməsinin qarşısını alan nitratlar var. Buna görə də çuğundur yemək həm yüksək təzyiqi, həm də yüksək xolesterini azaltmağa kömək edir.
İspanaq və kərəviz yemək də faydalıdır. Bununla belə, qidadan kifayət qədər nitrat əldə etmək çətindir.