Gün ərzində çuğunduru məqbul miqdarda istehlak etmək sağlamlıq üçün çox faydalıdır.
Foodinfo.az xəbər verir ki, orta hesabla gündə 100-200 qram təzə çuğundur yemək təhlükəsiz və faydalıdır.
Çuğundur tərkibindəki yüksək fol turşusu, C vitamini, liflər və antioksidantlar sayəsində ürək sağlamlığını qoruyur, qan təzyiqini tənzimləyir və həzm sistemini yaxşılaşdırır.
Lakin çox miqdarda çuğundur istehlak etmək bəzi insanlarda yan təsirlərə səbəb ola bilər. Məsələn, çuğundurun tərkibindəki oksalatlar böyrək daşı riski olan şəxslərdə problemlər yarada bilər.
Həmçinin, çox miqdarda çuğundur yemək sidiyin və nəcisin rəngini qırmızıya çevirməsinə səbəb ola bilər, bu isə zərərsiz olsa da narahatlıq yarada bilər.
Ümumiyyətlə, qidaları balanslı şəkildə istifadə etmək vacibdir.