Sarıkökü həddindən artıq istifadə etmək bədənə zərərli təsirlər göstərə bilər.
Foodinfo.az xəbər verir ki, normadan artıq sarıkök istifadəsi mədə-bağırsaq problemlərinə, məsələn, qıcqırma, ishal və şişkinlik kimi simptomlara səbəb ola bilər.
Bəzi insanlarda sarıkökün tərkibindəki kurkumin maddəsi qaraciyərə əlavə yük saldığından qaraciyər funksiyalarını pozmağa meylli ola bilər.
Bundan əlavə, sarıkökün qan durulducu təsiri olduğundan çox istifadəsi qanaxma riskini artırır, xüsusən də qan durulducu dərmanlarla birgə istifadə edildikdə bu daha riskli olur. Hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər sarıkökü ehtiyatla istifadə etməli və normadan artıq qəbul etməməlidir.