San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, şəkər orqanizmdə emal edildikdə hüceyrə qocalmasını sürətləndirir.
Foodinfo.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub.
Amerikalı alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, şəkər özü iltihaba səbəb olur və oksidləşdirici stressin inkişafına kömək edir.
Alimlər hesab edirlər ki, şəkərin gündəlik qəbulunu cəmi 10 qram azaltmaq insanın bioloji yaşına əhəmiyyətli dərəcədə təsir edə bilər. Tədqiqatçılar iddia edirlər ki, bu cür pəhriz düzəlişləri bədəni təxminən 2,4 aya "cavanlaşdıra" bilər.