Dietoloq Yelena Solomatina NEWS.ru-ya bildirib ki, payızda immun sistemini gücləndirmək üçün A, C və D vitaminləri ilə zəngin qidalar lazımdır.

Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, böyük miqdarda C vitamini qızılgül bulyonunda, bolqar bibərində, duzlu kələmdə və qara qarağatda, D vitamini treska ciyərində və dəniz məhsullarında olur.

Bolqar bibərində, duzlu kələmdə, qara qarağatda çoxlu C vitamini var. Güclü immunitet üçün D vitamini lazımdır. D vitamini ilə ən zəngin məhsul qaraciyər, qızılbalıq, siyənək, skumbriya və dəniz məhsullarıdır.

A vitamini selikli qişaları və immunitet sistemini gücləndirmək üçün lazımdır, çünki güclü selikli qişalar viral infeksiyalar üçün maneədir. Bu siyahıya sarı-narıncı meyvələr, tərəvəzlər, çaytikanı və yerkökü kimi giləmeyvə, həmçinin süd məhsulları və yumurta daxildir.