Qəhvə əksər insanların sevimli içkisidir. Bununla belə, qəhvə içmək təhlükəsizdirmi və ondan ölmək olarmı? Foodinfo.az xəbər verir ki, kofenin müntəzəm istifadəsi parkinson, 2-ci tip diabet və qaraciyər sirozu kimi bəzi xəstəliklərin inkişaf riskini azalda bilər.
Bu içki yalnız faydalı təsirlərə deyil, həm də sağlamlıq üçün mənfi nəticələrə malikdir. Çox qəhvə içsəniz, kofeinin həddindən artıq dozası ilə qarşılaşa bilərsiniz.
Bu da öz növbəsində əsəb həyəcanı, yuxusuzluq və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur. Hipertoniya və ya ürək ritmində problem olan insanlar da qəhvə içməməlidirlər. Bəzi hallarda bu, hətta ölümlə nəticələnə bilər.