Qırmızı qarağat sağlamlıq üçün çox faydalı meyvədir. 

Foodinfo.az xəbər verir ki, qırmızı qarağat C vitamini ilə zəngindir, bu da immun sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.

Onun tərkibindəki antioksidantlar (xüsusilə flavonoidlər) bədəni sərbəst radikallardan qoruyaraq xərçəng riskini azaldır. 

Pəhriz lifi ilə zəngin olduğu üçün həzm sistemini yaxşılaşdırır, bağırsaq fəaliyyətini normallaşdırır və qəbizliyi aradan qaldırır. 

Qarağat, həmçinin ürək sağlamlığı üçün də faydalıdır, qan təzyiqini tənzimləyir və xolesterolu azaldır. 

Onun aşağı kalorili olması sağlam arıqlama proqramlarında da istifadə edilməsinə imkan yaradır.