Quru meyvələr sağlamlıq üçün son dərəcə faydalıdır.

Foodinfo.az xəbər verir ki, quru meyvələr təbii şəkər, vitaminlər, minerallar və lif baxımından zəngindir. 

Onların tərkibində A, C və E vitaminləri, həmçinin kalsium, dəmir və kalium kimi minerallar olur. Bu maddələr bədənin immun sistemini gücləndirir, dəri sağlamlığını qoruyur və sümükləri möhkəmləndirir. Məsələn, kişmiş ürək-damar sağlamlığına müsbət təsir edir, quru əncir isə həzmi yaxşılaşdırır.

Təbii şəkərlər enerjini artırdığı üçün quru meyvələr idmançılar və fəal həyat tərzi sürənlər üçün ideal seçimdir. 

Lakin quru meyvələr yüksək kalorilidir, buna görə də miqdarına diqqət etmək vacibdir.