C vitamini (askorbin turşusu) orqanizm üçün həyati əhəmiyyət daşıyan bir antioksidantdır. 

Foodinfo.az xəbər verir ki, o, immun sistemini gücləndirir, bədəni infeksiya və xəstəliklərə qarşı daha dayanıqlı edir. 

Həmçinin dəmirin sorulmasını yaxşılaşdıraraq qanazlığının qarşısını alır. 

C vitamini kollagen sintezində iştirak edərək dəri, diş ətləri və qan damarlarının sağlamlığını qoruyur. 

Yaraların sağalmasını sürətləndirir və sərbəst radikallara qarşı mübarizə apararaq hüceyrələri zədələnmədən qoruyur. 

Bu vitamin sitrus meyvələri, kələm, bibər və pomidor kimi qidalarda bol miqdarda olur. C vitamini çatışmazlığı isə skorbuta səbəb ola bilər.