Dietoloq, Federal Dövlət Büdcə Elmi Müəssisəsinin “Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzi”nin elmi və tibbi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Antonina Starodubova qidalanmaya sistemli yanaşmanın əhəmiyyətindən danışıb.

Foodinfo.az xəbər verir ki, kp.ru saytı ilə söhbətində ekspert qeyd edib ki, orqanizmin fərdi ehtiyaclarını nəzərə almaqla qidadan enerji qəbulu ilə onun xərclənməsi arasında balans saxlamaq lazımdır.

Mütəxəssisin fikrincə, hətta sağlam qidalardan sui-istifadə kilo almağa və sağlamlıq problemlərinə səbəb ola bilər.

“Burada həm qida rasionunun müxtəlifliyini, həm də bütün lazımi qidaların, makro və mikroelementlərin müəyyən nisbətdə qəbulunu nəzərə almaq vacibdir”, - deyə ekspert əlavə edib.