Diyetoloq Daria Rusakova süd istehlakına əks göstərişləri sadalayıb. Foodinfo.az bildirir ki, “Moskva 24” saytı ilə söhbətində ekspert allergiyası və məhsula fərdi dözümsüzlüyü olan insanların pəhrizindən süd çıxarmağı tövsiyə edib.

Mütəxəssisin fikrincə, norovirus infeksiyası varsa, süd də istehlak edilməməlidir.

Həkim əlavə edib ki, tam süd yalnız virusun çoxalmasını artırır, bu da xəstəliklə mübarizəni çətinləşdirir.