Limonun dondurulması onun tərkibində olan C vitamini, antioksidantlar və digər qida maddələrini qorumaq deməkdir.
Foodinfo.az xəbər verir ki, limon qabığı da daxil olmaqla, onun hər bir hissəsi faydalıdır. Limon qabığı limon suyundan daha çox qida ehtiva edir.
Limonda sərbəst radikallarla mübarizə aparan flavonoidlər və C vitamini var. Dondurulmuş limonu sürtgəcdən keçirərək istehlak etmək bu antioksidanların daha yaxşı mənimsənilməsini təmin edir. Xərçəng kimi xəstəliklərlə mübarizədə orqanizmə dəstək olur.
Dondurulmuş limon C vitamini ilə zəngindir və xəstəliklərdən qoruyur.
Yüksək lif tərkibinə malik limon qabığı yeməklərə, tortlara və salatlara əlavə edildikdə həzm sistemini aktivləşdirir.
Limonun maddələr mübadiləsini sürətləndirdiyi və yağ yandırmasını dəstəklədiyi bilinir. Detoks içkilərinə dondurulmuş limon əlavə etməklə bu effekti artırmaq olar.