Düyünü bişirmədən əvvəl yumaq vacibdir. Foodinfo.az bildirir ki, bunun əsas səbəbi taxılların üzərindəki kir, toz və artıq nişastanı təmizləməkdir. Əgər düyü yuyulmazsa, nişasta həddindən artıq yapışqan bir tekstura yarada bilər.

Aşpazlar bütün düyü növlərinin bişirmədən əvvəl yuyulmasını tövsiyə edirlər. Suşi və risotto üçün istifadə olunan düyü belə, durulanmalıdır, çünki bu, həm gigiyenik baxımdan vacibdir, həm də yeməyin keyfiyyətini artırır.