Honq-Konq Çin Universitetinin alimləri lifin immuniteti gücləndirdiyini və viruslara qarşı müqaviməti artırdığını müəyyən ediblər. Bağırsaqda probiotik bakteriyaları artırır, nəticədə immunitet sistemini gücləndirən qısa zəncirli yağ turşuları (SCFA) istehsal olunur.

SCFA-lar SARS-CoV-2, qrip və hepatit B viruslarına qarşı müsbət təsir göstərir.

Lif mənbələri: Meyvə, tərəvəz, paxlalılar, taxıllar və qoz-fındıq.

Foodinfo.az bildirir ki, mütəxəssislər gündəlik 30-38 qram (kişilər üçün), 21-25 qram (qadınlar üçün) lif qəbulunu tövsiyə edirlər.