Ürək və damar sağlamlığını qorumaq üçün omeqa-3 ilə zəngin balıqlar müntəzəm istehlak edilməlidir. Foodinfo.az bildirir ki, bunun üçün balıq yemək lazımdır.
Skumbriya, tuna, qızılbalıq, siyənək – Omeqa-3 yağ turşuları qan laxtalanmasının qarşısını alır və ürək xəstəlikləri riskini azaldır.
Vitaminlər – A, D və E vitaminləri ilə zəngin olduğu üçün ümumi sağlamlığa müsbət təsir edir.
Minerallar – Maqnezium, fosfor və selenium kimi vacib minerallarla zəngindir.
Diqqət! Skumbriya civə və mikroplastiklərlə çirklənmiş ola bilər. Bu səbəbdən Atlantik və Sakit okean skumbriyaları kimi daha az civə ehtiva edən növlər seçilməlidir.