Nanə çayı əsrlərdir təbii dərman kimi istifadə olunur və sakitləşdirici xüsusiyyətləri ilə tanınır. Bununla yanaşı, iltihab əleyhinə təsir göstərə, testosteron səviyyəsini azalda və ürəkbulanmanı yüngülləşdirə bilər.
Foodinfo.az bildirir ki, Nanə, rozmarin turşusu kimi antiinflamatuar birləşmələr ehtiva edir. Araşdırmalar göstərir ki, rozmarin turşusu ilə zəngin nanə çayı diz osteoartriti olan insanlarda hərəkət qabiliyyətini yaxşılaşdıra bilər. Həmçinin, nanə ekstraktlarının xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və irritabl bağırsaq sindromu (IBS) kimi iltihablı vəziyyətlərə qarşı təsirli ola biləcəyi ehtimal edilir.
Nanənin antiandrogenik xüsusiyyətlərə malik olduğu bildirilir. Araşdırmalara görə, gündə iki dəfə nanə çayı içən qadınların testosteron səviyyəsi azalmışdır. Lakin bu sahədə daha çox araşdırmaya ehtiyac var.
Nanənin tərkibində olan komponentlər ürəkbulanmanı azalda bilər. Araşdırmalar göstərir ki, nanə qoxusunu qəbul edən hamilə qadınlarda ürəkbulanma və qusma halları əhəmiyyətli dərəcədə azalır.
Nanə çayının istehlakı ilə bağlı ehtiyat tədbirləri
Nanə allergiyası olan şəxslər bu çaydan çəkinməlidirlər. Həmçinin, nanə qastroezofageal reflü xəstəliyi (GERD) olan insanlarda mədə yanmasını artıra bilər. Yüksək konsentrasiyalı nanə məhsulları böyrək və qaraciyər xəstəlikləri olan şəxslər üçün təhlükəli ola bilər. Hamilə və laktasiya edən qadınlara isə bu cür məhsullardan ehtiyatla istifadə etmək tövsiyə edilir.