İnsan sağlamlığında qidalanma amili mühüm rol oynayır. Foodinfo.az “Posta” qəzetinə istinadən dünyanın ən sağlam məhsulunu açıqlayır. 
Nəşr sözügedən məhsulun badam olduğunu qeyd edir. 


Belə ki, dünyanın ən yaxşı qida məhsulu arıqlamağa yardım edir. Yüksək kalorili qida məhsulu hesab olunsa da, badam insanı tox tutur. Bir ovuc badam təxminən 163 kaloridir və tərkibində zeytun yağında olan qədər doymamış yağlar vardır.

Badam həmçinin zülallarla da zəngindir. Xüsusilə çiy badam istifadəsi orqanizm üçün faydalıdır, bu insanda stressi azaldan amil kimi xarakterizə oluna bilər. Badamın tərkibində böyük miqdarda antioksidantlar mövcuddur. 


Bütün bunlarla yanaşı bir ovuc badam gündəlik maqnezium ehtiyacımızın 20 faizini təmin edir.

Nurlan