
Fast-food təkcə bədən çəkisinə deyil, beyin funksiyalarına da ciddi təsir göstərir. Bu tip qidaların mütəmadi qəbulu yaddaşın zəifləməsinə və diqqət çatışmazlığına səbəb ola bilər. Foodinfo.az bildirir ki, fast-food məhsullarında yüksək miqdarda trans yağlar və sadə karbohidratlar beyin hüceyrələrinin fəaliyyətini zəiflədir.
Aparılan tədqiqatlar göstərir ki, bu cür qidalarla qidalanan şəxslərdə beyin regionlarında iltihabi proseslər daha aktiv şəkildə baş verir. Nəticədə, emosional balansın pozulması, qərarvermə qabiliyyətinin zəifləməsi kimi hallar ortaya çıxır. Beynin “mükafat mərkəzi” fast-food qidalarla həddən artıq stimullaşır və bu, asılılıq yaradır.
Beləliklə, insan bu qidalardan daha çox qəbul etmək istəyir. Müxtəlif araşdırmalara görə, fast-food qəbulunun artması ilə depressiya riskində də yüksəlmə müşahidə olunur. Uşaqlarda isə diqqət pozuntuları və öyrənmə problemləri daha tez-tez rast gəlinir. Beynin plastiklik xüsusiyyəti — yəni yeni biliklər öyrənmə qabiliyyəti — fast-foodla zəifləyə bilər. Sağlam qidalanma isə bu dəyişikliklərin qarşısını almaqda mühüm rol oynayır.
Qida rasionunda balans və təbii məhsullara üstünlük verilməsi beyin sağlamlığının qorunmasında əsas amillərdəndir.