
Şəkərsiz desertlər sağlam qida bazarında populyarlıq qazandığı üçün insanlar onları tez-tez "sağlam" olaraq qəbul edirlər. Lakin şəkərsiz desertlər çox vaxt süni şirinləşdiricilərdən hazırlanır ki, bu da bəzi sağlamlıq riskləri ilə bağlıdır. Foodinfo.az bildirir ki, şəkərsiz desertlərdə istifadə olunan şirinləşdiricilər bəzi insanlarda mədə-bağırsaq narahatlıqları, qaza səbəb ola bilər. Süni şirinləşdiricilərin istifadəsi orqanizm tərəfindən bəzən tamamilə qəbul edilmir və bu zaman orqanizmə zərərli təsirlər göstərə bilər.
Həmçinin, şəkərsiz desertlərdə çox vaxt əlavə yağ və digər şəkər əvəzediciləri mövcud olduğundan, bu desertlər də çox kalorili ola bilər.
Mütəxəssislər süni şirinləşdiricilərdən istifadənin uzun müddətli təsirlərinin hələ tam araşdırılmadığını qeyd edirlər. Sağlamlıq üçün daha etibarlı seçimlər təbii şirinləşdiricilər və az miqdarda şəkərdən ibarət desertlər ola bilər. Şəkərsiz desertlərdəki faydalar da təkcə şirinliklə əlaqəli deyil, bədənin qida ehtiyaclarını düzgün şəkildə ödəmək üçün daha balanslı qida seçimləri etmək daha vacibdir.