Bəzi məhsulların tərkibində dərimizi nəmləndirən, yeniləyən, eyni zamanda ehtiyacı olan vitaminləri təmin edən bir çox minerallar var.
 

Foodinfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV yazıb. 

Qoz yaşlanmanın qarşısını alır. Çünki tərkibində antioksidantlar var və B vitamini sayəsində dərimizi ətraf mühitdəki amillərdən qoruyur. Mütəxəssislər hər gün 2-3 qoz yeyilməsini tövsiyə edirlər.


Yaşıl çayın tərkbindəki katexin maddəsi yaşlanmaya qarşı olduqca effektivdir. Hər gün iki stəkan yaşıl çay içmək dərimizi gözəlləşdirməklə yanaşı çəki itirməyimizə də səbəb olur. 


Almanın tərkibindəki A, B və C vitaminləri dərimizi yeniləyir.Tərkibində antioksidant olan bitter şokolad qırışları yox edir, qan axınını və dərimizin səthinə də müsbət təsir göstərir. Yüksək karotenoid və xlorofil konsentrasiyasına sahib olan avakadonun qabuğu dərini yeniləyir.

Nurlan