Bir çox ədviyyatlar yalnız yeməklərə dadlı bir əlavə deyil, həm də güclü antiinflamatuardır. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, bu ədviyyatlardan biri xüsusi diqqət tələb edir.

EatingWell mütəxəssisləri rozmarinin heyrətamiz xüsusiyyətləri haqqında danışırlar. Bir çox insanlar yeməkdə nadir hallarda istifadə edirlər, amma boş yerə. Axı, rozmarin, diyetoloqların iddia etdiyi kimi, bədəndəki iltihabı azaltmağa kömək edir.

Onun tərkibində polifenollar var. Bədəndə iltihabı idarə edən sitokinləri zərərsizləşdirir. Həmçinin hüceyrələrdə oksidləşdirici stressi azaldan antioksidantlarla da zəngindir.

Alimlər hətta aşkar ediblər ki, rozmarin ağrı, narahatlıq və yaddaş pozğunluqları üçün alternativ müalicə kimi qəbul edilə bilər.