İstehlak etdiyimiz qidalar nə dərəcədə təhlükəsizdir?

Foodinfo.az sağlamlıq üçün təhlükə yaratmayan və sonsuza qədər saxlanıla bilən qidaları təqdim edir:

1. SİRKƏ

Ağ sirkə xarab olmur, çünki tərkibində yüksək miqdarda turşu var. Lakin bu, əlavələr (məsələn, tünd balzam) olan normal sirkələrə aid edilmir. Çünki sirkənin tərkibində uzun müddət saxlandıqda fermentasiyaya uğraya bilən şırt var.

2. ŞƏKƏR

Bakteriyaların çoxalması üçün suya ehtiyacı var. Düzgün saxlandıqda şəkərin tərkibində su yoxdur, ona görə də bakteriyalar üçün yaşayış yeri təmin etmir. Yəni qidanın xarab olmasına səbəb olan bakteriyalar şəkərdə yaşaya bilməz. Nəticədə şəkər xarab olmur.

3. Paxlalılar

Mərci, lobya və ya noxud kimi paxlalı bitkilərdə də su yoxdur. Bu səbəbdən son istifadə tarixlərinə diqqət yetirmək lazım olsa da, bu qidalar davamlı qidalardır.

4. DUZ

Duz quru saxlandığı halda on il boyunca qala bilər. Duz bəzi qidaların saxlanmasına da kömək edir. Məsələn, duzlanmış ət bu gıdalardandır.

5. Düyü, makaron

Quru qidaların tərkibində olan suyun miqdarı maksimum 13 faizlə məhdudlaşır. Bütün taxıl məhsulları nəzərə alınmalıdır. Taxıl öz embrionu ilə birlikdə üyüdüldüyü və bu məhsullarda çox az yağ olduğu üçün bir müddət sonra turşlaşa bilər. Ancaq bu, təhlükə yaratmır.

6. UN

Aİ hətta bu məhsulların istifadə müddətini tamamilə aradan qaldırmağı düşünür. Çünki son istifadə tarixi yalnız qidanın keyfiyyətini aşağı salmadan nə qədər müddətə istehlak edilə biləcəyini göstərən bir bələdçidir. Bununla belə, bu təlimat çox vaxt qida istehlakdan kənarda xarab olduqda son tarixlə qarışdırılır.

7. Konservantlar 

Teorik olaraq, konservlər qeyri-müəyyən müddətə saxlanıla bilər. Lakin onların rəngi, tutarlılığı və dadı zamanla dəyişir. Bu halda sağlamlığa təhlükə törətməsələr də, keyfiyyətli dad təqdim etdiklərini söyləmək olmaz.

8.BAL

Bal da düzgün saxlandıqda tez xarab olmayan qidadır. Lakin saxlandıqda yaxşı qablaşdırılmalı, soyuq mühitdə saxlanmalı və yad cisimlər olmamalıdır. Su nisbəti də orta hesabla 18 faiz səviyyəsində qalmalıdır, əks halda fermentasiyaya məruz qala bilər. Uzun müddət saxlanılan bal kristallaşır ki, bu da balın rəngini və konsistensiyasını dəyişir. Amma keyfiyyətət əsir etmir.

Şəbnəm