50 yaşdan sonra artıq çəkinin yaranmasını bir çox qadınlar səhvən klimaksla əlaqələndirirlər.

Foodinfo.az xəbər verir ki, tibb elmləri doktoru və ginekoloq Antonina Ledina bu mifi təkzib edib.

Onun sözlərinə görə, menopauza zamanı qadınları tez-tez müşayiət edən hormon terapiyası bədən çəkisinin və bədən yağının artmasına səbəb olmur. Əksinə, hormon terapiyası yuxunu, iştahı və əhval-ruhiyyəni normada saxlayacaq, həmçinin yaxşı xolesterinin istehsalına kömək edəcək.

Menopauza bədən hüceyrələrinin yaşlanması ilə müşayiət olunur. Bundan əlavə, bu dövrdə yanlış həyat tərzinin nəticələri üzə çıxır. Gənc yaşlarda qeyri-sağlam həyat tərzi zahiri görünüşdə çox hiss olunmasa da, bütün orqanizmə təsir göstərir.

Çəki artımının səbəbi çox vaxt hormonal dəyişikliklər deyil, çox yeməkdir. Yeməkdən alınan kalorilər tam xərclənmədikdə çəki artımı qaçılmazdır.

"Klimaks zamanı hormonal dəyişikliklərlə mübarizə aparmaq üçün qida rasionuna küncüt, kətan, qoz, soya, fıstıq və püstə əlavə etmək yaxşı olar", - deyə Ledina məsləhət verib.

Leyla