Azərbaycan 2022-ci ildə 10,088 min ton süd və qaymaq idxal edib.

Foodinfo.az xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın süd və qaymaq idxalı 9,8 % azdır.

12 ayda Azərbaycanın idxal etdiyi süd və qaymağın dəyəri 18,955 milyon dollar olub. Bu isə illik müqayisədə 28,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanın süd və qaymağın idxalı ümumi idxalın 0,13 %-ni təşkil edib.