Azərbaycan 2022-ci ildə 16,206 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın bitki və heyvan mənşəli piylər və yağların ixracı 29 % azdır.

12 ayda Azərbaycanın ixrac etdiyi bitki və heyvan mənşəli piylər və yağların dəyəri 30,573 milyon dollar olub. Bu isə illik müqayisədə 5,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanın bitki və heyvan mənşəli piylər və yağların ixracı ümumi ixracın 0,08 %-ni, qeyri-neft sektoru ixracının isə 1 %-ni təşkil edib.

Şəbnəm