Təbiətin bəxş etdiyi bitki çayları həm bədəni, həm də ruhu rahatlaşdırır. Foodinfo.az gazeta.ru-ya istinadla bildirir ki, bu çaylar bədəndə toplanan artıq maddələrin xaric olunmasında təsirlidir. Zəncəfil çayı orqanizmdəki iltihabı və toksinləri azaldır.

Limonlu yaşıl çay antioksidantlarla zəngin olub bədəni təmizləyir və immuniteti gücləndirir. İtburnu çayı C vitamini mənbəyidir və detoks təsirinə malikdir. Nanə çayı həm sinir sistemini sakitləşdirir, həm də həzmi tənzimləyir. Çobanyastığı çayı bədəni rahatladaraq toksinlərin təbii yolla atılmasını sürətləndirir.

Lavanda çayı orqanizmi zərərli maddələrdən təmizləməklə yanaşı, yuxu keyfiyyətini də artırır. Dəfnə yarpağı çayı həzmi gücləndirib toksinləri təmizləyir. Bu bitki çaylarını gündəlik rasiona əlavə etmək bədən sağlamlığının qorunmasında mühüm rol oynayır. Dəridəki parlaqlıq və orqanizmdəki yüngüllük hissi isə bu çayların təsirinin ən gözəl sübutudur.