Polşada meyvə və tərəvəzlərin qiyməti görülməmiş həddə bahalaşıb. Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir. 


Ancaq qeyd olunur ki, ərzaq məhsullarının qiymətindəki artım bütün Avropa Birliyi ölkələrində qeydə alınır. Ekspertlər isə bunun son olmadığını, qiymətlərin artmağa davam edəcəyini vurğulayırlar. 


Qeyd edək ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq  məhsulları qiyməti indeksinin fevralda son 17 ayın ən aşağı göstəricisi olduğunu açıqlamışdı.

Leyla