“Psixoloji aclıq, fiziolojidən fərqli olaraq, özbaşına baş verir. Səbəb endorfinlərin (xoşbəxtlik hormonları) olmamasıdır.”

Foodinfo.az xəbər verir ki, bunu dietoloq Aleksey Kovalkov “Sputnik” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, endorfinlərin istehsalını şirin və yağlı qidalar stimullaşdırır.

“Ancaq yağlı və şirin qidalardan sui-istifadə etsəniz, endorfin əldə etməyin bu yolu fəaliyyətini dayandıracaq. Biz doymaq mümkün olmayan aclıq yaşayacağıq. Belə simptomları olan insan mütləq mütəxəssisə müraciət etməlidir.”

Nərmin