Qida zəhərlənməsi qida və içkilərə qarışan zərərli bakteriyalar, viruslar, parazitlər və toksinlər səbəbilə ortaya çıxan sağlamlıq problemidir.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qida vasitələrinin yanlış saxlanılması, hazırlanması və ya emalı qida zəhərlənməsinə səbəb olur. 

Salmonella – bu bakteriyalar əksər hallar ev quşlarında və yumurtalarda olur. Bu bakteriya olan qida vasitələrinin qəbulu zəhərlənməyə səbəb olur. 

Listeriya bakteriyaları torpaqda, su mənbələrində və bəzi heyvanların bağırsaqlarında ola bilər. Xüsusilə hamilələr və yaşlı insanlar üçün olduqca ciddi təhdiddir. 

E.coli – bu bakteriyalar adətən mal ətində olur. İstifadəsi qida zəhərlənməsinə səbəb ola bilər. 

Klostridiya – bu bakteriyalar əksər hallarda evdə hazırlanan konservləşdirilmiş məhsullarda olur.

Nurlan