Quru meyvələr bəzi insanlar üçün təhlükəli ola bilər. Foodinfo.az NEWS.ru-ya istinadla xəbər verir ki, diyetoloq Yelena Solomatina qeyd edir ki, şəkər xəstələri, insulin müqaviməti olanlar və böyrək xəstələri bu məhsulu diqqətlə və ya tamamilə istisna etməlidirlər.
Mütəxəssisin sözlərinə görə, quru meyvələr vitamin, mineral, lif və antioksidantlarla zəngin olsa da, şəkərin yüksək konsentrasiyası risk yaradır. Qurudulma zamanı şəkər miqdarı beş- yeddi dəfə artır. Bu səbəbdən çəkisini nəzarətdə saxlayanlar, diabet və insulin müqaviməti olanlar yalnız kompensasiya olunmuş şəkər səviyyəsi varsa quru meyvə qəbul edə bilər; əks halda tamamilə imtina edilməlidir. Böyrək xəstələri üçün isə quru meyvələr xüsusilə zərərlidir, çünki quru ərik və kişmiş yüksək miqdarda kalium ehtiva edir.
Solomatina həmçinin bildirir ki, məhsulun görünüşünü yaxşılaşdırmaq və saxlama müddətini uzatmaq üçün bəzi quru meyvələr kimyəvi maddələrlə işlənə bilər. Riskləri azaltmaq üçün mat və təbii görünüşlü quru meyvələrin seçilməsi tövsiyə olunur.






