Türkiyəli qida mühəndisi Senem Köse Ramazan ayında kökəlmənin qarşısını alacaq məhsullarla bağlı danışıb. 

Bu barədə Foodinfo.az “Medyaege” nəşrinə istinadən xəbər verir. 
Ekspert bu cür məhsullardan biri kimi qreyfurtu göstərib. Qeyd edilib ki, bir az acı olan bu meyvə demək olar ki, kalorisizdir və uzun müddət insanı tox saxlayır. 

Zəncəfil isə metabolizmi sürətləndirməklə yanaşı, həmçinin həzm sistemini yaxşılaşdırır. 
Tərkibində yağ olmasına baxmayaraq, qatıq yağın əridilməsini sürətləndirmək və çəki itirmək üçün əvəzsiz vasitədir. 

Bitter şokoladın tərkibində şəkər az miqdardadır, ancaq zülal və antioksidantlar baxımından zəngindir.

Badam yüksək yağ tərkibinə sahib olsa da, bu yağ metabolizmi tənzimləyir və yemək yemək istəyini azaldır. 
Həmçinin ekspert avokado, yaşıl çay, alma sirkəsi, acı bibər və darçını da çəki problemi ilə qarşılaşmaq istəməyənlərə tövsiyə edib.

Leyla