
Sarımsaqlı çay həm təbii antibiotik, həm də immun sisteminin güclü dəstəkçisidir. Onu hazırlamaq olduqca asandır.
Foodinfo.az sarımsaqlı çayın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
- 1–2 diş təzə sarımsaq
- 1 stəkan (təxminən 200 ml) qaynar su
- İstəyə görə: 1 çay qaşığı bal və ya bir neçə damcı limon suyu
Hazırlanması:
1. Sarımsaq dişlərini əzin və ya xırda-xırds doğrayın.
2. Əzilmiş sarımsağı bir fincana qoyun.
3. Üzərinə təzəcə qaynadılmış su tökün.
4. 5–10 dəqiqə dəmlənməsini gözləyin.
5. İstəyə görə bal və ya limon suyu əlavə edib içə bilərsiniz.
Bu çayın səhər acqarına və ya axşam yatmazdan əvvəl içilməsi tövsiyə olunur. Soyuqdəymə, qrip və boğaz ağrısı zamanı çox təsirli olur. Həftədə 2–3 dəfə istifadə edə bilərsiniz.
Sarımsaq təzyiqi sala bildiyi üçün, mədə problemi olanlar və ya qan durulducu dərman qəbul edənlər öncədən həkimlə məsləhətləşməlidir.